Gələn il Bakı metrosuna 52 milyon manat ayrılacaq

Hazırda oxunan: Gələn il Bakı metrosuna 52 milyon manat ayrılacaq

44760

Gələn il Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün dövlət büdcəsindən 217,6 milyon manat vəsait ayrılacaq. 

Bizim.Media xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bunun 51,9 milyon manatı "Bakı Metropoliteni" QSC-yə (xidmət haqqı maya dəyərindən aşağı olduğu üçün), 10 milyon manatı "Azərbaycan Hava Yolları" QSC-yə (Naxçıvana uçuşlar üçün), 23 milyon manatı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos", kredit borcunun qarşılanması, bu məqsədlə nizamnamə kapitalının artırılması) subdidiya formasında yönəldiləcək. Beləliklə, ümumi maliyyə yardımı 84,9 milyon manat təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin