“OPEC”in iclasından sonra neft bahalaşdı

Hazırda oxunan: “OPEC”in iclasından sonra neft bahalaşdı

44738

OPEC+ alyansının qərarı fonunda neft bahalaşıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “İnterfaks” agentliyi yayıb.

Mənbə yazır ki, Bakı vaxtı ilə saat 08.56-ya olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” neftinin yanvar fyuçersləri 0,91% bahalaşaraq, 1 bareli 81,27 ABŞ dollarına satılıb. 


NYMEX birjasında WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,02% aşağı düşərək, 1 bareli 80,54 ABŞ dolları təşkil edib.



OPEC+ ölkələrinin nazirləri yekdilliklə razılaşdırılmış plana uyğun hərəkət etmək və neft hasilatını planlaşdırılandan artıq artırmamaq barədə qərar qəbul ediblər.

Bununla da, istehlakçıların əlavə həcmlərlə bağlı xahişləri cavabsız qalıb. OPEC+ bunu gələcəkdə tələbin azalacağı ilə bağlı proqnozlarla əsaslandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin