VIII Bakı Qlobal Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel keçirilib.
Bizim.Media xəbər verir ki, panel müzakirəsində koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirlərindən danışılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və BƏƏ arasında bir sıra sənədlər imzalanıb - FOTO
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin sədrlik etdiyi panel müzakirəsində baş məruzəçi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonco-İveala, məruzəçilər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası iqtisadi məsələlər və innovasiyalı inkişaf şöbəsinin müdiri Şahmar Mövsumov, İsrailin sabiq Baş naziri Ehud Barak, Monteneqronun sabiq Baş naziri İqor Lukşiç, Romaniyanın sabiq Baş naziri Petre Roman, İtaliya Prezidentinin sabiq müşaviri Antonio Zanardi Landi, Ekuadorun sabiq Prezidenti Rosalia Arteaqo Serrano pandemiyanın iqtisadi fəsadları, dünya ticarətini bu fəsadlardan xilas etmək yolları barədə mülahizələrini çatdırıblar.
Bizim.Media