"Beynəlxalq əməkdaşlıq və investisiya imkanlarını təşviq edən “Dubay EXPO-2020” (Expo 2020 Dubai) ümumdünya sərgisi davamlı inkişaf alətlərinin təqdimatı, biznesdə yeni istiqamətlər və etibarlı tərəfdaşlar qazanmaq üçün unikal platformadır".
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
"Heydər Əliyev Mərkəzinin (Heydar Aliyev Center) təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonunda ölkə iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə əldə etdiyimiz nailiyyətlər maraqla qarşılanır", - o qeyd edib.
Bizim.Media