2021-ci ilin 3 rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilat təxminən 126 milyon barel, yəni 17 milyon ton olub.
Bizim.Media bu barədə bp şirkətinin hesabatına istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Neft Fondunun "Azəri-Çıraq-Günəşli" və “Şahdəniz”dən builki gəlirləri açıqlandı
Hesabata görə, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (29 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (115 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (87 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 461 000 barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub".
Qeyd edək ki, 2020-ci ilin 3 rübü ərzində AÇG-dən hasilat gündə orta hesabla 482 min barel və ya ümumilikdə təxminən 132 milyon barel, yəni 17.9 milyon ton təşkil edib.
Bizim.Media