Prezident Qlobal Bakı Forumunun əhəmiyyətindən DANIŞDI  

Hazırda oxunan: Prezident Qlobal Bakı Forumunun əhəmiyyətindən DANIŞDI  

44573

“Qlobal Bakı Forumu gündəlikdə olan təxirəsalınmaz məsələlərin müzakirəsinə imkan yaradacaq”. 

Bizim.Media-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib. 

Ölkə başçısı bildirib ki, forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir dövr ərzində nadir və aparıcı təsisatlardan birinə çevrilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Azərbaycanda yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”


Qeyd edək ki, sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulub. 

Panellər formasında təşkil olunan tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları; “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”; “Qida və qida təhlükəsizliyinin təşviqi”; “Gənclər danışır, biz dinləyirik”; “Şərq Tərəfdaşlığı və onun imkanları” mövzularında, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin