“Bitcoin” 100 min dollar olacaq - “JPMorgan” 

Hazırda oxunan: “Bitcoin” 100 min dollar olacaq - “JPMorgan” 

44572

Hazırda “bitcoin” üçün ədalətli qiymət, təxminən 35 000 dollardır.  

Bizim.Media xəbər verir ki, “Bloomberg” “JPMorgan” analitiklərinin bu fikirdə olduğunu yazıb. 

Analitiklər kriptovalyutanı investisiya baxımından qızıla rəqib adlandırıblar.

Lakin qeyd olunub ki, “bitcoin”də qiymət volatilliyi qızıldan bir neçə dəfə yüksəkdir. Əgər gələn il məzənnə dəyişikliyi iki dəfə azalarsa, o zaman “bitcoin”nin ədalətli qiyməti 73 min dollar olacaq. 
 

“Gələn il üçün ümumi qəbul edilmiş proqnoz “bitcoin”nin 100 min dollar səviyyəsində olmasıdır. Ancaq volatilliyin əhəmiyyətli dərəcədə azalması olmadan buna nail olmaq mümkün deyil” – analitiklər belə hesab edirlər. 


Bundan əvvəl “CoinLİst” platformasının direktoru Qrim Cenkin 2021-ci ilin sonuna qədər “bitcoin”in məzənnəsinin 100 min dollara yüksələcəyini proqnozlaşdırıb. 

Qeyd edək ki, “bitcoin” hazırda 63.000 dollar civarındadır. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin