Bu ilin sonunadək dünya bazarında neftin qiyməti 90 dollar/barelədək arta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Goldman Sachs" bankının proqnozunda deyilir.
Bankın hesabatında qeyd olunur ki, ötən həftə neftin qiyməti 87 dollara yaxınlaşsa da, daha sonra 83 dollaradək azalıb.
Analitiklərin fikrincə, neftin qiymətlərində dəyişiklik İranın ABŞ-la nüvə sazişi ilə bağlı danışıqların bərpa olunması üzərində işləməsi, eləcə də Rusiyanın Avropanın yeraltı qaz anbarlarına qaz doldurulmasını bərpa etməsinin mümkünlüyü barədə açıqlamalar fonunda baş verib:
"Amma bu xəbərlərin heç biri vəziyyəti fundamental şəkildə dəyişə bilməyəcək. İran danışıqları bərpa etsə belə, İran neftinin bazara 2022-ci ilin aprelinə kimi qaytıması real görünmür. Mövcud vəziyyətdə isə neftə tələbat 2022-ci ildə ehtiyatların son 13 ildə ən aşağı həddinə gətirib çıxara bilər".
"Goldman Sachs" analitiklərinin hesablamalarına əsasən, hazırda neft bazarında təklif və tələb arasında kəsir 2,5 milyon barel/sutka təşkil edir. (Trend)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:33 / 01.11.2021
Neftin qiyməti ilin sonuna qədər 100 dollara yaxınlaşacaq
Hazırda oxunan: Neftin qiyməti ilin sonuna qədər 100 dollara yaxınlaşacaq
Hazırda oxunan: Neftin qiyməti ilin sonuna qədər 100 dollara yaxınlaşacaq
0:00
0:00
44251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.