Kənd məhsullarının istehsalında artım var - RƏSMİ 

Hazırda oxunan: Kənd məhsullarının istehsalında artım var - RƏSMİ 

44212

2021-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 342,1 milyon manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 3 milyard 352,7 milyon manatı heyvandarlıq, 3 milyard 989,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin