SOCAR-ın yeni istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələdi

Hazırda oxunan: SOCAR-ın yeni istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələdi

44207

Bu gün "Bakı Fond Birjası" QSC-də Dövlət Neft Şirkətinin (SOCAR) 100 milyon ABŞ dolları dəyərində yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bizim.Media bu barədə birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 100 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar əsas bazar seqmentində investorlara təklif olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Rumıniyada “SOCAR” brendli 66-cı YDM istifadəyə verildi


İstiqrazlara 754 investor ümumi məbləği 380,614 milyon dollar təşkil edən 761 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 5 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 4,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin