Manatın məzənnəsinin saxlanması üçün nə qədər vəsait xərclənir? - RƏSMİ CAVAB

Hazırda oxunan: Manatın məzənnəsinin saxlanması üçün nə qədər vəsait xərclənir? - RƏSMİ CAVAB

44150

Mərkəzi Bankın sədri Elman Rüstəmov Manatın məzənnəsinin qorunub saxlanılmasına müəyyən vəsait xərcləndiyi barədə iddialara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bank sədri faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında bu barədə danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!” 


O 2021-ci ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatlarının 10,4% artaraq 7 milyard dolları ötdüyünü bildirib: 

“Bu onu göstərir ki, Mərkəzi Bank bu proseslərə müdaxil etmir. Bunu ekspertlərə də ünvanlayıram - əgər görsəydilər Mərkəzi Bankın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə düşür, bu o deməkdir ki, Mərkəzi Bank inzibati üsulları həyata keçirtmək üçün böyük həcmdə vəsait xərcləyir. Bu gün Manatın məzənnəsinə heç bir təhdid yoxdur. 

Elman Rüstəmov, “Artıq 5-6 ildir Manatın məzənnəsinin dəyişəcəyi barədə şaiyələr yayılır” deyərək izahına belə davam edib:  

“Şaiyə fundamental faktor deyil. Bu gün makroiqtisadi sabitliyə, manatın məzənnəsinə təsir edə biləcək heç bir nə daxili, nə də xarici fundamental amil yoxdur. Bizim böyük ehtiyatlarımız var. Əhalini əlavə həyacanlandırmağa heç bir ehtiyac yoxdur. Sakitcə hamı öz işi ilə məşğul olmalıdır. Fakt budur ki, valyuta hərraclarında təklif tələbi üstələyir, Mərkəzi Bank müdaxilə etmir, lakin uzun müddətdir hərracda manatın məzənnəsi 1,7000 səviyyəsində formalaşır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin