Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib
Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verib.
Bizim.Media xəbər verir ki, qurumun saytında sözügedən 16 müəssisənin noyabrın 1-dən başlayaraq bu ölkəyə pomidor ixrac edə biləcəyi qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Pusiyaya pomidor ixrac edən neçə şirkətimiz var? – Sayları ARTACAQ
Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelin 1-dək dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünü davam etdirəcək.
Bu tarixdən sonra konteyner daşımalarına keçid nəzərdə tutulur.
Bizim.Media