“Azəriqaz”ın “Açıq qapı” aksiyası: suallar baş direktora ünvanlandı

Hazırda oxunan: “Azəriqaz”ın “Açıq qapı” aksiyası: suallar baş direktora ünvanlandı

43900

Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə əlaqələrin daha əlçatan, şəffaf və operativ qurulması istiqamətində “Azəriqaz” İstehsalat Birliyinin ötən həftədən etibarən başlatdığı “Açıq qapı” aksiyası davam edir.

İB-dən Bizim.Media-ya bildirilib ki, bu məqsədlə Birliyin baş direktoru Ruslan Əliyev növbəti dəfə media nümayəndələri ilə görüş keçirib. “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunan tədbirdə baş direktor KİV nümayəndələrinin qaz təchizatı ilə bağlı suallarını cavablandırıb. Həmçinin Ruslan Əliyev sosial şəbəkə üzərindən vətəndaşlar tərəfindən ünvanlanan sualları da cavablandırıb, daxil olan müraciətlərin araşdırılaraq həll olunmasına dair aidiyyəti üzrə tapşırıq verib. “Azəriqaz” İB media nümayəndələrini bu aksiyada iştirak etməyə, yaranan sualları birbaşa olaraq Birliyin baş direktoruna ünvanlamağa çağırır.

Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər təşkil olunur. Aksiyada KİV nümayəndələrinin iştirakı könüllüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin