Cari ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, 2017-ci ildən 2021-ci ilin noyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 665 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 191,7 milyon ABŞ dolları olub. Bu ötən ilin müvafiq dövrü ilə nisbətdə 43,1 milyon dollar çoxdur.
Bizim.Media