Azərbaycan bu il 400 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib

Hazırda oxunan: Azərbaycan bu il 400 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib

43820

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında həmişəki kimi meyvə-tərəvəz əsas paya malik olub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Sənədə əsasən, 9 ayda ölkədən 398,9 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub.

Ayrı-ayrı məhsullara gəlincə isə qeyri-neft sektoruna aid malların siyahısında ilk 3 yeri qızıl (158,2 milyon dollar), pambıq mahlıcı (149,5 milyon dollar) və pomidor (tomat, 128,2 milyon dollar) tutub.

Növbəti yerlərdə ilkin formalı polipropilen (86,9 milyon dollar), ilkin formalı polietilen (xüsusi kütləsi 0,9-dən az, 71,9 milyon dollar), meşə fındığı (55,9 milyon dollar), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (51,4 milyon dollar), ilkin formalı polietilen (xüsusi kütləsi 0,9-dən çox, 50,4 milyon dollar), karbamid (49,9 milyon dollar) və metanol (metil spirti, 48,6 milyon dollar) qərarlaşıb.
 

İxrac istiqamətlərinə gəlincə isə, hesabat dövründə Rusiyaya 586,5 milyon dollar, Türkiyəyə 455 milyon dollar, İsveçrəyə 174 milyon dollar, Gürcüstana 120,5 milyon dollar, ABŞ-a isə 54,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.


Növbəti yerləri Ukrayna (36,2 milyon dollar), Braziliya (31,5 milyon dollar), Çin (27,4 milyon dollar), Belçika (26,4 milyon dollar) və Qazaxıstan (26,1 milyon dollar) tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin