Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, nazir müavini Rövşən Rüstəmovlə ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, görüşdə Bakıda müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı bu sahədə Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi barədə razılığa gəlinib.
Görüşdə, həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:05 / 29.10.2021
Azərbaycan Türkiyə ilə birgə Bakıda müştərək texnopark yaradacaq - FOTO
Hazırda oxunan: Azərbaycan Türkiyə ilə birgə Bakıda müştərək texnopark yaradacaq - FOTO
Hazırda oxunan: Azərbaycan Türkiyə ilə birgə Bakıda müştərək texnopark yaradacaq - FOTO
43737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.