Tikinti materiallarının istehsalı artır, evlər niyə ucuzlaşmır? – Ekspertdən səbəbin İZAHI  

Hazırda oxunan: Tikinti materiallarının istehsalı artır, evlər niyə ucuzlaşmır? – Ekspertdən səbəbin İZAHI  

43667

Azərbaycanda tikinti materiallarının istehsalı artır, bununla paralel olaraq evlər də bahalaşır. 

Məntiqlə yerli istehsalın artımı materialların ucuzluğuna səbəb olmalıdır ki, bu da son nəticədə özünü evlərin qiymətində göstərməlidir. Lakin əksinə tendensiya baş verir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 625,4 milyon manatlıq tikinti materialları istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 72,2 faiz olub. Demək olar ki, əksər məhsulların istehsalı genişlənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tikinti materiallarının istehsalı 72 faiz artıb


Bəs istehsal artımı niyə evlərin qiymətinə öz təsirini göstərmir?

Bizim.Media mövzunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli ilə aydınlaşdırmağa çalışıb.

O, bildirib ki, istehsal olunan tikinti materialları əsasən Qarabağda aparılan quruculuq işlərinə yönəlib: 

“Əsas artım sement, daş, boya, izolyasiya, dəmir məhsullarında olub ki, bunlar da işğaldan azad edilən bölgələrin bərpasında istifadə olunur”.

Ekspert deyir ki, Bakı və digər bölgələrdə isə tikintinin həcmində artım yoxdur: 

“Əksinə azalma var ki, bu da qiymətlərin bahalaşmasına şərait yaradır. Həm tikinti materiallarının maya dəyərində, həm maşın mexanizmində, həm əməyin ödənilməsində bahalaşma var. Bu da daşınmaz əmlakın qiymətinə öz təsirini göstərir”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin