Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlir artdı

Hazırda oxunan: Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlir artdı

43616

2021-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən 5 milyard 402,7 milyon manat gəlir əldə olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ödənişli xidmətlərdən əldə olunan gəlir 4,6 faiz artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri neçə faiz olub?


Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 143,0 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 76,7 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 539,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 44,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin