Xəbər verdiyimiz kimi, BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell oktyabrın 25-dən başlayaraq Azərbaycanda üçgünlük işgüzar səfərdə olub.
Bizim.Media xəbər verir ki, səfər zamanı Birrell bp-nin regiondakı biznes rəhbərliyi və işçi heyəti ilə görüşlər keçirib və bp-nin əməliyyatçısı olduğu "Şahdəniz Bravo" platformasına və Səngəçal Terminalına (Bakı yaxınlığında, quruda yerləşir) baş çəkib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir BP-nin vitse-prezidenti ilə görüşdü
Səfər çərçivəsində həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşlər keçirilib, regionda bp-nin icraçısı olduğu layihələr, eləcə də bp ilə Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığının davam etdirilməsi üçün növbəti planlar və yeni imkanlar müzakirə edilib.
Bizim.Media