İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də, postpandemiya dövründə iqtisadiyyatın canlanması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Mikayıl Cabbarov: "Qarabağa tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıyıq"
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb, ölkəmizdə aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.
Bizim.Media