Azərbaycanda iqtisadi artım tempi beynəlxalq proqnozları üstələyib

Hazırda oxunan: Azərbaycanda iqtisadi artım tempi beynəlxalq proqnozları üstələyib

43598

2021-ci ilin mayından başlayaraq Azərbaycanda iqtisadi geriləmə dayanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi Artımın bərpası və Post Konflikt Quruculuğu” adlı hesabatında bildirilir.

Hesabata görə, iqtisadi artım tempi aybaay sürətlənir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qaz nəqlini artırıb - RƏSMİ  


2021- ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınıb. 

BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir.
 

Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib.


Bunun əsas səbəbi yüksək sənayeləşmə tempindədir. Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstərici 24,8 faizdən əhəmiyyətli üstündür.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin