ABŞ senatoru Rand Paul bu fikirdədir. O, “Newsweek”-ə açıqlamasında ABŞ milli valyutasının heç bir əmtəə ilə dəstəklənmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, Senator hakimiyyətlərə inamsızlığın kriptovalyutaların xeyrinə yönəldiyini qeyd edib.
"Mən həmişə valyutamızın qızıl, gümüş və ya əmtəə kimi həqiqətən qiymətli bir şeylə dəstəklənməsinə inanan bir insan olmuşam və kriptovalyutanın da heç nə ilə dəstəklənməməsinə həmişə təəccüblənmişəm"- deyə, senator bildirib.
ABŞ-lı milyarder Mark Kuban isə kriptovalyutaların qızılın bir çox keyfiyyətlərini mənimsədiyini açıqlayıb. Birləşmiş Ştatların digər investoru Paul Tudor Cones kriptovalyutaları kapital toplamaq və saxlamaq üçün qızıldan daha səmərəli üsul adlandırıb.
Onun sözlərinə görə, rəqəmsal aktivlər mərkəzi banklar tərəfindən idarə olunmadığı üçün inflyasiyadan daha yaxşı qorunur.
Qeyd edək ki, oktyabrın 20-də “Bitkoin”-nin dəyəri rekord səviyyəyə çataraq, 66,8 min dollar olub.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:30 / 27.10.2021
Kriptovalyuta dolları əvəz edəcək – ABŞ-da HƏYƏCAN
Hazırda oxunan: Kriptovalyuta dolları əvəz edəcək – ABŞ-da HƏYƏCAN
Hazırda oxunan: Kriptovalyuta dolları əvəz edəcək – ABŞ-da HƏYƏCAN
43461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.