Əli Məsimli Qərbin Rusiyaya mümkün sanksiyalarını sıraladı

Hazırda oxunan: Əli Məsimli Qərbin Rusiyaya mümkün sanksiyalarını sıraladı

43333
Hamı Qərbin Rusiyaya iqtisadi sanksiyalarından danışır, amma kimsə demir ki, bu sanksiyalar nədən ibarət olacaq və nə qədər vaxtadək Rusiya buna tab gətirə bilər. Nələr etmək lazım ki, Kreml ərköyünlüyündən imtina etsin? Görəsən, neft-qazdan əlavə hansı təzyiq rıçaqları var?
Moderator.az-ın bu suallarını cavablandıran Sosial və İqisadi İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli hesab edir ki, Qərbin bu sanksiyaları Rusiya üçün çökdürücü xarakter daşımayacaq və onu çəkindirməyə xidmət edəcək, əks halda sanksiyalar bumeranq effekti də verə bilər:
 “Əvvəla, Rusiya büdcəsində neftin bir barelinin qiyməti 102 dollar yox, 93 dollar götürülüb. İkincisi, hələlik Qərbin Rusiyaya qarşı  tətbiq edəcəyi sanksiyaların  tədbirlərinin tam siyahısı məlum  olmasa da, orada neftlə bağlı manevrlərin yer alma ehtimalı azdı. Çünki Gürcüstan hadisələri zamanı Rusiyaya qarşı bu amildən istifadə olundu və Rusiya iqtisadiyyatı ağır itkilərə məruz qalsa da, bunun bumeranq effektinin mənfi təsirindən bəzi Qərb dövlətləri hələ də çıxa bilmirlər.Qərbin Rusiyaya qarşı sanksiyaları ilk növbədə Rusiyanın bir sıra dövlət adamlarının Qərb ölkələrinə gediş-gəlişinə qadağaların qoyulmasından başlayır.Krımdakı referendumdan sonra “qara siyahı”ya düşənlərin dairəsi genişləndiriləcək. Aktivlər dondurulacaq. Bir sıra insanların hesablarına həbs qoyula bilər. Rusiyanın bəzi çınovniklərinin Qərbdəki daşınmaz əmlakına da əl qoyula bilər. Amma Rusiyaya əsas zərbənin birja mexanizmi  vasitəsilə vurulacağı nəzərdə tutulur.
     Avropa Birliyi rəsmilərinin açıqlamalarına görə, Qərbin Rusiyaya qarşı sanksiyalarının 3 dalğası ola bilər:
  Birinci dalğa ayrı-ayrı adamların hesablarının dondurulması,ayrı-ayrı müəsssisələrin əməliyyatlarının dondurulması. Bir sıra xarici kompaniyalar Rusiyadakı filiallarını bağlaya bilər.Rusiya müəssisələrinin kreditləşdirilməsinın limiti bağlanacaq. Artıq bu istiqamətdə işlər başayıb. Həmin sanksiya tədbirləri Rusiya iqtisadiyyatına sərmayələri məhdudlaşdıracaq.Rusiya hökuməti 2014-cü ildə 2,5 faiz iqtisadi artım proqnozlaşdırıb.Həmin sanksiyalar sistemli şəkildə tətbiq olunsa, bu il Rusiya iqtisadiyyatında 1 faizin altında artım gözlənilir ki, bu da əslində staqnasiyayaya bərabər bir vəziyyətdir.
 Sanksiyaların ikinci dalğası da gələ bilər.Bu, özünü daha çox Rusiyanın maliyyə qurumlarına təzyiqlərin gücləndirilməsi, onların dünya bazarlarında valyuta əməliyyatlarının məhdudlaşdırılması formasında ola bilər. Bu baş versə, Rusiya bankları Amerika və Avropa bankları ilə yox, digər ölkələrin bankları ilə müxbir hesablar vasitəsilə işləməli olacaqlar.Rusiyanın məşhur iqtisadçılarından biri, keçmiş maliyyə naziri Aleksey Kudrinin hesablamalarına görə bu halda Rusiyadan hər rüb 50 milyard dollar( yəni il ərzində 200 milyard dollar) səviyyəsində kapital axını baş verəcək.Rus rublunun kursu aşağı düşəcək və inflyasiya artacaq.
  Sanksiyaların “üçüncü dalğası” Rusiyaın qızıl-valyuta  rezervləri də daxil olmaqla, bütün rezervlərinin dondurulması ola bilər. Rusiyanın qızıl-valyuta ehtiyatı 500 milyard dollar,xarici borcu isə 732 milyard dollardır. Əgər nəzərə alsaq ki, Azərbaycanın valtyta ehtiyatları 50 milyard dolar xarici borcu isə 5,8 milyard dollardan da azdır, yəni valyuta ehtiyatlarından 9 dəfə azdır, onda bu müqayisədən, Rusiyanın düşdüyü acınacaqlı durumu fikirləşmək üçün zəngin material verir. Amma bu sahədə sanksiya tətbiqi bu çox riskli addım ola bilər.Çünki belə bir addım atılsa,Rusiya  çökər və bunun ətraf ölkələr üçün itkiləri hələ hesablanmayıb.....
  Bütün bunlarla paralel olaraq Qərb Rusiyadan qaz asılılığını azaltmaq istiqamətində imkanlardan istifadə edəcək. Bu isə birbaşa Azərbaycanın xeyrinə işləyəcək.Amma bu orta perspektivdə reallaşa bilər.
Bütün bu təzyiq və sanksiyalara baxmayaraq, böyük ehtimalla həmin sanksiyalar  Rusiyanı  Krımdan çıxması üçün yetərli olmayacaq və ya Rusiya iqtisadiyyatına nəticələri bir neçə ildən sonra görünəcək dağıdıcı zərbə vuracaq, amma Krım məsələsində gözlənilən effekti  verməyəcək.Əksinə, bu sanksiyalar seynot vəziyyətinə doğru gedən Rusiyanın postsovet ölkələrinə təzyiq ehtimalını da müəyyənləşdirəcək. Rusiya-Ukrayna böhranı fonunda Moskvanın postsovet ölkələrinə təzyiqinin dərəcəsi yaxın perspektivdə, bir tərəfdən Qərbin Rusiyaya təzyiq dərəcəsindən, digər tərəfdən isə həmin təzyiqlərin effektivlik dərəcəsindən asılı olacaq.Yaxşı dövr üçün Rusiya uduşlu görünsə də bu, pirr qələbəsindən uzağa getməyəcək. Orta perspektivdə isə Rusiya Avrasiya və Gömrük İttifaqı layihəsi ətrafında təzyiqlərini davam etdirsə də,Qərbin təzyiqləri həqiqətən davamlı olacağı təqdirdə Rusiyanın özünün düşəcəyi  durumun getdilcə ağırlaşması bu ideyanı reallaşdırmağa imkan verməyəcək.Beləliklə, Qərbin bu sahədə fəaliyyətinin güclənməsi nəticəsində Rusiya qarşısına qoyduğu “maksimum proqram”a, yəni Gömrük İttifaqı timsalında SSRİ-yə bənzər bir həftəbecərin yaratmağa nail olmasa da,”minimum proqram”a nail ola biləcək, yəni  postsovet ölkələrinin Qərbə inteqrasiyasını bir müddət ləngidə bləcək. Amma bu da müvəqqəti xarakter daşıyacaq. Çünki imperiyalar təkcə ayır-buyur yox, “Motiv- Uğur”  prinsipi əsasında yaranır, inkişaf edir, motiv bitəndən sonra isə dağılır gedir.Həm də tarixdə hələ heç bir imperiya dağılandan sonra özünü bərpa edə bilməyib, bilmir və bundan sonra da bilməyəcək.Həm də üç əsrdir ki, Rusiyanın yanında olan heç bir ölkə, xalq heç orta səviyyəli belə inkişaf səviyyəsinə nail ola bilməyib.Xalqlar bu danılmaz faktdan ibrət götürməlidirlər."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin