Yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 883,1 min ton dizel yanacağı, 915,2 min ton avtomobil benzini, 311,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 377,5 min ton ağ neft, 32,4 min ton yanacaq mazutu, 39,5 min ton sürtkü yağları, 275,4 min ton neft bitumu və 198,3 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 17,7 faiz artıb.
Sürtkü yağlarının istehsalı 63,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 faiz, neft koksunun istehsalı 34,3 faiz, neft bitumunun istehsalı 9,3 faiz, dizel yanacağının istehsalı 22,1 faiz, avtomobil benzininin istehsalı 7,4 faiz, ağ neftin istehsalı 5,8 faiz artıb.
Yanacaq mazutunun istehsalı isə 23,6 faiz azalıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:36 / 25.10.2021
Azərbaycanda dizel yanacağının istehsalı 22,1 faiz artıb
Hazırda oxunan: Azərbaycanda dizel yanacağının istehsalı 22,1 faiz artıb
Hazırda oxunan: Azərbaycanda dizel yanacağının istehsalı 22,1 faiz artıb
43135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.