Rusiyaya pomidor ixrac edən neçə şirkətimiz var? – Sayları ARTACAQ

Hazırda oxunan: Rusiyaya pomidor ixrac edən neçə şirkətimiz var? – Sayları ARTACAQ

42903

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində birgə videomonitorinqlər keçirilir.

Bizim.Media xəbər verir ki, AQTA-dan bildirilib ki, monitorinqlər yerli mütəxəssislər və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində davam etdirilir. 

Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur.
 

Bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 26 pomidor istehsalı müəssisəsindən bu ölkəyə məhsul ixracına icazə verilib.


Hazırda yeni müəssisələrin icazəsinin alınması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Bakıda və ölkəmizin digər regionlarında fəaliyyət göstərən müasir, beynəlxalq standartlara uyğun olan və Rusiya Federasiyasına məhsul ixrac etmək istəyən yeni fəaliyyətə başlamış pomidor istehsalı müəssisələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin