Tədavüldə olan milli valyutanın nominal strukturu adekvat səviyyədədir.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bankdan Oxu.Az-a bildirilib ki, ölkədə 3 manatlıq əsginasların tədavülə buraxıla biləcəyi ilə bağlı məsələ aktual deyil.
Qeyd olunub ki, Mərkəzi Bank ölkənin makroiqtisadi inkişaf templərini və eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq ölkə iqtisadiyyatının nağd pulun strukturuna olan tələbini daima qiymətləndirir və onun ödənişlərə adekvatlığını mütəmadi olaraq təhlil edir.
Xatırladaq ki, 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.
Yeni nümunəli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.
2021-ci il yanvar ayında isə dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.
Bizim.Media