Azərbaycanın sığorta bazarı böyüdü

Hazırda oxunan: Azərbaycanın sığorta bazarı böyüdü

42742

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 655,62 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 373,491 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4% çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin