Xəbər verdiyimiz kimi, dünən "Yelo Bank" ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Bankın bütün səhmdarları, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak edib. Onların arasında Rusiyanın Lukoyl şirkətinin sahibi, azərbaycanlı iş adamı Vahid Ələkbərov da olub.
Bizim.Media xəbər verir ki, mərasimdə çıxış edən Vahid Ələkbərov bu ilin əvvəlindən həyata keçirilən yeni strategiyanın düzgünlüyünə əminliyini bildirib və Bankın yüksək maliyyə göstəricilərinin də bunun sübutu olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Vahid Ələkbərov “Dostluq” yatağına şərik olmaq istəyir – “Neçə faizlə...”
Xatırladaq ki, bir gün öncə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Vahid Ələkbərovla şirkətin Xəzər dənizində enerji layihələrində iştirakını müzakirə edib.
Qərara alınıb ki, "Lukoyl" Azərbaycan-Türkmənistan "Dostluq" (Drujba) yatağının işlənməsi prosesinə cəlb ediləcək.
Bizim.Media