Azərbaycanda vergi ödəyicilərinin sayı artdı - STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda vergi ödəyicilərinin sayı artdı - STATİSTİKA 

42321

Bu ilin oktyabrın 1-nə Azərbaycan üzrə uçotda olan 1 301 903 vergi ödəyicisinin 1 143 366-sı və ya 87,8%-i fiziki şəxs, 158 537-si və ya 12,2%-i hüquqi şəxs və digər təşkilatlar olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. 

Bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,5% artıb ki, artım 91%-i fiziki şəxslərin, 9%-i hüquqi şəxslərin hesabına formalaşıb.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8%). Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. təşkilati-hüquqi formasındadır. 
 

Yanvar-sentyabr aylarında 8 628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7% çoxdur. Həmin qurumların 82,9%-i elektron qaydada, 17,1%-i isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.  


Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,5 % təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin