NEQSOL şirkəti Ukraynanın ən böyük sement zavodunu alır

Hazırda oxunan: NEQSOL şirkəti Ukraynanın ən böyük sement zavodunu alır

42283

Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, BƏƏ və digər ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding"  çoxşaxəli şirkətlər qrupu oktyabrın 18-də Ukraynanın ən böyük sement istehsalçı olan "İvano-Frankovsksement" Özəl Səhmdar Cəmiyyətinin səhm paketini almaq üçün Ukraynanın Antiinhisar Komitəsinə (AMKU) müraciət edib.

Bizim.Media xəbər verir ki, Ukraynada əqdin maliyyələşdirilməsi aparıcı beynəlxalq maliyyə institutları və bankları tərəfindən təmin olunması planlaşdırılır.

Danışıqlar davam etdiyinə görə, əqdin kommersiya şərtləri açıqlanmır.

Xatırladaq ki, 2019-cu ildə "NEQSOL Holding" Ukraynanın ən böyük telekommunikasiya operatorlarından biri olan "Vodafone Ukrayna" şirkətini alıb. 2021-ci ilin əvvəlində "NEQSOL Holding"in Kiyevdə regional ofisi açılıb.

Qeyd edək ki, Holdinq bir çox öz sahələrində iyirmi ildən çox təcrübəyə malik və bazar liderləri olan 30-dan çox törəmə şirkətlərini birləşdirir.

"NEQSOL Holding"in tərkibində "Nobel Oil Services", "Nobel Upstream", "Bakcell", "Vodafone Ukraine" və Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Norm şirkətləri fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin