SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti başa çatdı - FOTO

Hazırda oxunan: SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti başa çatdı - FOTO

42227

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin oktyabr ayında 5 il müddətinə dövriyyəyə buraxığı ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti başa çatıb.

Bizim.Media xəbər verir ki, yerli kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağızların 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1,25 milyon ABŞ dolları məbləğində faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatıb.
 

Hazırda SOCAR-ın yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir. Proses oktyabrın 29-da başa çatacaq. Qiymətli kağızları 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.


İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizlər rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin