Azərbaycan Rusiya ilə layihə hazırlayacaq - DETALLAR

Hazırda oxunan: Azərbaycan Rusiya ilə layihə hazırlayacaq - DETALLAR

42151

Azərbaycan Dövlət Vergi Xidməti (DVX) ilə Rusiyanın Federal Vergi Xidməti Moskvada keçirilən birgə işçi qrupun 3-cü iclası çərçivəsində protokol imzalayıblar.

Bu barədə Bizim.Media-ya DVX-dən bildriilib.

Verilən məlumata görə, sənədə əsasən tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcə də təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin