Azərbaycanda neçə sahibkar “Startap” şəhadətnaməsi alıb? – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda neçə sahibkar “Startap” şəhadətnaməsi alıb? – RƏSMİ

42127

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 19-a çatıb.

“Startap” şəhadətnaməsi "GLOBAL İNNOVATİONS" MMC-nin onlayn ödəniş aqreqatoru və elektron ticarət üçün “www.epoint.az” platforması, "VVHELP" MMC-nin biznes subyektləri üçün onlayn müştəri dəstəyi barədə proqram təminatı, fərdi sahibkar Orxan Cəfərovun aqrar sektor üzrə onlayn məsləhət xidməti platforması, "SUPPLY CHAIN COMMUNITY" MMC-nin təchizatçılar və tədarükçülər üçün onlayn platforması və fərdi sahibkar Namik Hacıyevin onlayn bilik yarışması layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: //smb.gov.az/az/nav/startap-sehadetnamesi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin