Dübəndi neft terminalında neft məhsullarının həcmi nə qədər artıb? - RƏSMİ

Hazırda oxunan: Dübəndi neft terminalında neft məhsullarının həcmi nə qədər artıb? - RƏSMİ

42097

Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmi 3 dəfəyə yaxın artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Bizim.Media-ya bildirilib ki, Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində ciddi artım qeydə alınıb.

Belə ki, cari ilin doqquz ayında aşırılan neft və neft məhsullarının həcmi 3 dəfəyə yaxın artaraq 1 milyon tondan çox olub.

Hesabat dövründə Bakı Limanı vasitəsilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma qeydə alınıb. Belə ki, qeyd edilən dövründə aşırılan vaqon sayı 22 min 201 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 28 min 491 ədəd olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin