9 ayda Azərbaycanda 62,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

Hazırda oxunan: 9 ayda Azərbaycanda 62,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

41949

2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyard 877,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatdı


ÜDM istehsalının 40,1 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6279 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin