Azərbaycan III rübdə neft-qaz hasilatını artırdı

Hazırda oxunan: Azərbaycan III rübdə neft-qaz hasilatını artırdı

41611

Bu ilin üçüncü rübündə SOCAR-ın istismar etdiyi yataqlarda 2 mln. tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artıb.

Bizim.Media-nın SOCAR-ın rüblük hesabatına istinadən verdiyi məlumata görə, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

Hesabata əsasən, 2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 mln. tona yaxın neft, 11,3 mln. kubmetrdən artıq qaz hasil edilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38,6% artımın qeydə alınması deməkdir.

“Neft hasilatının artımı əsasən “OPEC+” razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub”, - hesabatda deyilir.

Qeyd olunur ki, şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin