ABŞ-da Milli Kriptovalyutalara Nəzarət Komandası yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Yaranan qurum virtual valyuta mübadiləsi və çirkli pulların yuyulması üzrə cinayətləri araşdıracaq.
Komanda fırıldaqçılıq və ya qəsb yolu ilə itirilmiş virtual valyutaların aşkarlanması və bərpası üzərində də işləyəcək.
Kriptovalyuta ilə qeyri-qanuni haqq ödətdirən hakerlər də komandanın diqqət mərkəzində olacaq.
"Texnologiya inkişaf etdikcə Ədliyyə Nazirliyi də inkişaf etməlidir" - deyə, ABŞ -ın Baş prokuror müavini Lisa Monako açıqlayıb.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:48 / 08.10.2021
ABŞ kriptovalyuta cinayətlərini nəzarətə götürür
Hazırda oxunan: ABŞ kriptovalyuta cinayətlərini nəzarətə götürür
Hazırda oxunan: ABŞ kriptovalyuta cinayətlərini nəzarətə götürür
40771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.