Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən DANIŞDI 

Hazırda oxunan: Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən DANIŞDI 

0:00
0:00
40729

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında 12-ci Nəqliyyat və Kommunikasiya Şurasının iclasında çıxış edib. 

Bizim.Media xəbər verir ki, o, Ankara-Sivas istiqamətində yüksək sürətli qatar xəttinin yaxın vaxtlarda açılacağını bildirib.  

Bir çox marşrutlarda işlərin davam etdiyini bildirən Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu barədə də danışıb.
 

“Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qatarların fasiləsiz hərəkətini təmin etdik. Avtomobil yolunun uzunluğunu 1714 km-dən 3532 km-ə qədər artırdıq.


2023-cü ildə avtomobil yolunun uzunluğu 4 100 km-dək artacaq. Tunellərin ümumi uzunluğunu 50 km-dən 631 km-ə, körpünün uzunluğunu isə 311-dən 710 km-ə qədər artırdıq. Hava limanlarının sayı 26-da 56-ya, uçuşların sayını 50 ölkədən 127 ölkəyə və 329 nöqtəyə yüksəltdik”, - deyə, Rəcəb Tayyib Ərdoğan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin