"Lukoil" Xəzərdə payını artırdı

Hazırda oxunan: "Lukoil" Xəzərdə payını artırdı

40718

Rusiyanın "Lukoil" şirkəti "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətdən məlumat yayılıb. Şirkətin Malaziya şirkəti olan "Petronas"-la müqavilə imzalayacağı elan olunub.

Sənəddə "Lukoil"-in Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında "Petronas" şirkətindən 15,5% payının alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri 2,25 mlrd. dollardır. Müqavilənin bağlanması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) razılığı və digər şərtlərin yerinə yetirilməsi gözlənilir.

Xatırladaq ki, "Petronas" şirkəti 15,5 faizlik payını 2014 -cü ildə “Statoil”-dən alıb.

Sövdələşmə bitdikdən sonra "Lukoil"un "Şahdəniz" layihəsindəki payı 10%-dən 25,5%-ə yüksələcək.

Layihədə pay bölgüsü belə olacaq:  BP – 28,8%, "Lukoil" – 25,5%, TPAO – 19%, SOCAR – 10%, NICO – 10% və SGC – 6,7%. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin