"Lukoil"dan 2,25 milyard dollarlıq MÜQAVİLƏ

Hazırda oxunan: "Lukoil"dan 2,25 milyard dollarlıq MÜQAVİLƏ

40619

Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Lukoil"-dan bildirilib. "Lukoil" "Petronas" şirkətindən "Şahdəniz"də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barəsində elan edib.
 

MÖVZU İLƏ BAĞLI:

BP Azərbaycandakı payının bir hissəsini LUKOYL-a satdı


Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin