Azərbaycanda ərzaq məhsullarının bahalaşma trendi davam edir. Son vaxtlar qiyməti istehlakçıları “dilə gətirən” məhsullardan biri də yumurta olub.
Bizim.Media xəbər verir ki, market və bazarlarda toyuq yumurtasının qiyməti 30 qəpiyədək artıb.
Belə ki, “broyler yumurtası” adlandırılan yumurtalar 19-22 qəpiyə, “kənd yumurtası” adı altında satılan yumurtalar isə 30 qəpiyə təklif olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl ölkədə yumurtanın qiyməti müvafiq olaraq 12-20 və 25 qəpiyə idi.
Yumurtanın bahalaşması bir neçə səbəblə əlaqələndirilir. Burada mövsümü faktorun olduğu qeyd olunur. Həmçinin bildirilir ki, ilin əvəlində dizel və benzin qiymətlərinin artımı daşınma xərclərini artırdığından bu özünü qiymətlərdə biruzə verir.
Digər tərəfdən yumurtanın bahalaşması ölkədə baş verən ümumi ərzaq bahalaşması ilə əlaqələndirilir.
Eləcə də bahalaşmaya xaricdən idxal olunan yem məhsullarında qiymət artımının səbəb olduğu bildirilir.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:46 / 07.10.2021
Yumurta niyə bahalaşıb? – SƏBƏBLƏR
Hazırda oxunan: Yumurta niyə bahalaşıb? – SƏBƏBLƏR
Hazırda oxunan: Yumurta niyə bahalaşıb? – SƏBƏBLƏR
40601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.