Dövlət satınalmaları barədə qaydalar DƏYİŞDİ

Hazırda oxunan: Dövlət satınalmaları barədə qaydalar DƏYİŞDİ

40473

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli Qanunun 7-ci maddəsinə (Maddə 7. Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi) edilmiş dəyişikliyə görə satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsini əvvəlcədən həyata keçirə bilər.

Bizim.Media xəbər verir ki, eyni zamanda Qanunun 40-cı (Maddə 40. Tender təkliflərinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi) maddəsinə dəyişiklik edilərək, tender müqaviləsinin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin alınması tələb olunduğu təqdirdə, onların əldə edilməsi vəzifəsi satınalan təşkilatın üzərinə qoyulur.
 

Həmçinin 40.8-ci maddəyə əlavə edilmiş yeni cümləyə əsasən satınalan təşkilatın yuxarı idarəetmə orqanı tərəfindən təsdiq edilməli olan müqavilə 5 bank günündən gec olmayaraq təsdiq edilir.


Qanunun 40.9-2-ci maddəsinə edilmiş dəyişikliyə görə isə satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.

Dəyişiklik nəzərdə tutulmuş 34 nömrəli qərarda qanunla müəyyən olunmuş dəqiq müddətlər nəzərdə tutulmayıb.

Dəyişiklik nəzərdə tutulan 107 nömrəli qərarda isə qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 20 bank günü müddətində qarşı tərəfə rəsmi məlumat verir. Dəyişiklikdən sonra bu müddət 10 günə endiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin