“COVID-19 pandemiyasının başa çatmasından sonra müsbət nəticələr əldə edəcəyimizə dair tədbir keçirdik. Bu toplantını həm də dost, qardaş ölkələrlə əməkdaşlığımızı gücləndirmək üçün gözəl fürsət kimi qiymətləndirirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu XII Nəqliyyat və Kommunikasiya Şurasında jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Şimal-Cənub dəhlizi ilə ilk blok qatar Azərbaycan ərazisinə çatdı
Nazir qeyd edib ki, bugünkü tədbirdə həmkarları ilə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin daha yüksək səviyyəli şəkildə fəaliyyət göstərməsi, eləcə də tələb və təklifləri artırmağın yollarına dair müzakirələr aparıb: "İnşallah yaxın günlərdə müzakirələrin müsbət nəticələrini əldə edəcəyik".
Bizim.Media