Avropada maye qazın qiymətlərini aşağı salmağın yeganə yolu “Şimal axını 2” -ni işə salmaqdır.
Bizim.Media xəbər verir ki, bunu Lenta.ru -ya müsahibəsində Rusiya Enerji İnkişaf Fondunun direktoru Serqey Pikin bildirib.
Maye qazın qiymətləri ilə bağlı bu gün baş verənlərin Avropa ölkələrinin siyasətinin nəticəsi olduğunu bildirən Pikin qeyd edib ki, indi vəziyyət Avropa Birliyinin siyasi kursunun dəyişməsindən və qərar vermə sürətindən asılıdır.
"Düşünürəm ki, Avropa bazarının əsas gözləntisi “Şimal axını 2”-nin işə salınmasıdır. Mənə elə gəlir ki, bu, qazın qiymətinin kəskin düşməsinin yeganə mexanizmidir”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov Avropada qaz qiymətlərinin rekord səviyyəyə çatmasında Rusiyanın günahının olmasını istisna edib, bunun yalnız qeyri peşəkarlar tərəfinfən söylənildiyini bildirib:
"Rusiya, mövcud müqavilələr çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıl olaraq ən mükəmməl şəkildə yerinə yetirib, yerinə yetirir və yerinə yetirməkdə də davam edəcək".
Kreml sözçüsü hesab edir ki, Avropadakı enerji böhranının səbəbləri iqtisadi vəziyyət də daxil olmaqla bir anda bir çox amillərdən qaynaqlanır.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:48 / 06.10.2021
Rusiyadan Avropaya MESAJ – “Siyasətini dəyiş...”
Hazırda oxunan: Rusiyadan Avropaya MESAJ – “Siyasətini dəyiş...”
Hazırda oxunan: Rusiyadan Avropaya MESAJ – “Siyasətini dəyiş...”
40435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.