“Azərbaycan COVID-19-dan ağır zərbə aldı”.
Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, pandemiyanın vurduğu zərbələrə baxmayaraq ölkənin əhəmiyyətli valyuta ehtiyatları və dövlət borcunun aşağı səviyyədə olması ölkənin iqtisadi böhrandan çıxmasına kömək edib.
Buna baxmayaraq, pandemiyanın məşğulluğa, əmək haqqlarına və yoxsulluq səviyyəsinə təsirlərinin davam etdiyi qeyd olunur.
Hesabatda qeyd olunur ki, 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra regional geosiyasi gərginlik azalıb. Amma təhlükəsizliklə bağlı vəziyyət hələ də “kövrək” olaraq qalır. Buna baxmayaraq hökumət münaqişə bölgəsində yenidənqurma və bərpa işlərini davam etdirir.
Dünya Bankına görə, ölkəmizdə iqtisadi durum may ayından sonra – OPEC-in ölkələrin neft hasilatı ilə bağlı kvotasını artırmasından sonra yaxşılaşıb.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:41 / 06.10.2021
Azərbaycanı iqtisadi böhrandan çıxaran SƏBƏB – Dünya Bankı AÇIQLADI
Hazırda oxunan: Azərbaycanı iqtisadi böhrandan çıxaran SƏBƏB – Dünya Bankı AÇIQLADI
Hazırda oxunan: Azərbaycanı iqtisadi böhrandan çıxaran SƏBƏB – Dünya Bankı AÇIQLADI
40375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.