Qiymətli kağızlarla 12 milyard manatlıq əməliyyat – Bakı Fond Birjası

Hazırda oxunan: Qiymətli kağızlarla 12 milyard manatlıq əməliyyat – Bakı Fond Birjası

40352

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 947 milyon 606 min 367 manat təşkil edib. 

Bizim.Media BFB-yə istinadən xəbər verir ki, 11,9 milyard manat həcmində olan ümumi ticarət dövriyyəsinin 52 faizi dövlət qiymətli kağızlarının payına düşüb.

Repo əməliyyatları 45 faiz, korporativ qiymətli kağızlar isə 3 faiz əhatə edib.

Korporativ qiymətli kağızlar bazarının 6 faizi səhmlərin, 94 faizi isə istiqrazların payına düşüb. Korporativ qiymətli kağızlar bazarının 67 faizini ilkin bazar əməliyyatları qalan 33 faizini isə təkrar bazar əməliyyatları təşkil edib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin