Dünya Bankı: “Azərbaycanda iqtisadi artım gözləniləndən böyük olacaq”

Hazırda oxunan: Dünya Bankı: “Azərbaycanda iqtisadi artım gözləniləndən böyük olacaq”

40343

Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı beynəlxalq prqnozlar nikibindir.

Bizim.Media-nın xəbərinə görə, Dünya Bankı Avropa və Mərkəzi Asiya ölkələri üçün hesabatını yeniləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünya Bankından Azərbaycana qarşı təxribat - SENSASİYA


Hesabatda Azərbaycanda ümumi daxili məhsulun dəyərinin ötən ilin yekunu ilə müqayisədə 5 faiz çox olacağı bildirilir. 

Qeyd edək ki, iyun ayında Dünya Bankının Azərbaycanla bağlı iqtisadi artım proqnozu 2,2 faiz olub.

Bankın mövqeyinə görə, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz böyüyəcək. Eləcə də Dünya Bankı Cənubi Qafqazda bu ilin sonuna qədər  5,8 faiz iqtisadi artım gözləyir.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin