Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə olundu - FOTO

0:00
0:00
40326

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, o, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi misilsiz dəstəyə görə qardaş Türkiyə dövlətinə və xalqına minnətdarlığını ifadə edib.  

Görüşdə Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində İİTKM-in fəaliyyəti barədə məlumat verilib. 

V.Qasımlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, İİTKM-in layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə məlumat verib, türk dünyasının iqtisadi-ticari və nəqliyyat-logistika sahəsində əməkdaşlığı məsələləri müzakirə olunub. 

C.Bağcı iki qardaş ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkə arasında əlaqələrin daha da sürətləndirilməsində yeni imzalanan Şuşa və Bakı Bəyannamələrinin əhəmiyyətini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin