2013-cü ildə Azərbaycana rekord həcmdə qızıl gətirilib

Hazırda oxunan: 2013-cü ildə Azərbaycana rekord həcmdə qızıl gətirilib

40312
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, ötən il zərgərlik məmulatları ilə ticarət dövriyyəsinin həcmi 1 milyard dollar olub ki, bu da 2012-ci ildəki göstəricidən on dəfə çoxdur. Qızıl məmulatlarının idxalındakı artım isə daha böyükdür. 2013-cü ildə xaricdən ölkəmizə 930 milyon dollarlıq qızıl və qızıl məmulatı, həmçinin qiymətli daşlar gətirilib. Bu məbləğ 2012 -ildəkindən 58 dəfə çoxdur. 

Mütəxəsislərin fikrincə, bu rəqəmlər əhalinin qızıla olan tələbatının artmasından daha çox, hökümətin son illər qızıl alışı sahəsində apardığı siyasəti ilə bağlıdır.

Ekspert Oqtay Haqverdiyev: “Bir iki il bundan qabaq prezident tərəfindən belə bir qərar çıxarıldı ki, gərək biz qızıl ehtiyyatımızı artıraq. 35 ton Azərbaycanda qızıl ehtiyatı olsun. Həmin o proqramı həyata keçirmək üçün bu illərdə, xüsusilədə 2013-cü ildə bizim Neft Fondu həmin o qızılı ala bildi”. 

Qızıl ehtiyatının artırlması ilə bağlı siyasətin nəticəsində dövlət artıq 30 tona yaxın qızıla malikdir. Bu tədbirlərin əsas məqsədi fövqəladə və ya böhran vəziyyətində dövlətin fəaliyyətini təmin etməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin