Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildə inkişaf etmiş ölkələrdə istehsalat rəqəmlərinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını güman edir.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuatda informasiya verilib. Bildirilir ki, bunu IMF-nin icraçı direktoru Kristalina Georgiyeva fondla Dünya Bankının müşavirəsi ərəfəsində keçirilən videokonfransda bildirib.
Təşkilat rəhbəri cari ilin yekununa görə dünyada iqtisadi artım sürətinin 6 faizdən az olacağını gözlədiklərini də diqqətə çatdırıb:
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb” - Samir Şərifov
“İyul ayında biz dünya boyu 6 faizlik artım proqnozunu vermişdik. Lakin yenilənmiş proqnozumuzdan da görəcəyiniz kimi, bu il iqtisadi artımın bir qədər azalacağını gözləyirik”.
Onun dediyinə görə, dünya əhalisinin əksəriyyəti peyvəndlənməmiş qalsa, qarşıdakı 5 il ərzində dünya ÜDM-si 5,3 trilyon ABŞ dolları azala bilər.
Bizim.Media